Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə çağırış

Hit: 336
Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə çağırış
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb.
 
“Qafqazinfo”nun məlumatına görə, nazir qeyd edib ki, temperatur iqlim normasından yuxarıdır, bu da içməli sudan istifadəyə məsuliyyətlə yanaşmanı daha da aktual edir:
 
“Söhbət təkcə suyun yığılmasından, ya da su ehtiyatlarımızdan getmir. Məsələ suyun düzgün istifadə edilməsiylə bağlıdır. Sudan məsuliyyətli qaydada istifadə etmək cəmiyyətdə trendə çevrilməlidir. Su ehtiyatlarımız nə qədər çox olsa, bundan səmərəsiz istifadə etsək, təbii ki, çatmayacaq”.








Redaktorun seçimi