Neftçalanın icra başçısı qadınları təbrik edib

Hit: 357
Neftçalanın icra başçısı qadınları təbrik edib
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
 
Təbrikdə deyilir:
 
Hörmətli xanımlar, ana və bacılar!
 
Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan qadınları xalqımızın taleyində hər zaman əhəmiyyətli rol oynayıb. Belə ki, Azərbaycan qadınlarından cəsur və qorxmaz sərkərdə, müdrik hökmdar, istedadlı şairə və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunub. Qadınlarımız hər zaman elm, təhsil, səhiyyə, idman və digər bütün sahələrdə öz istedadları, bacarıqları ilə Azərbaycanımızın adını istər ölkə daxilində, istərsədə ölkə xaricində hər zaman bayrağımızı uca edib və dalğalandırıblar. Ağır sınaqlardan alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün də öz missiyasını şərəflə yerinə yetirir, övladlarını vətənə sevgi, torpağa və xalqa sədaqət ruhunda tərbiyə edir. Qarabağ və Vətən Müharibəsi zamanı onların yetişdirikləri övladlar 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdilər, xalqımızın torpaq həsrətinə soy qoyuldu və vətən uğrunda canlarından keçən şəhidlərimizin qanı yerdə qalmadı.
 
Vətənimizin ərazi bütövlüyü,  suverenliyi uğrunda canlarını qurban edən qəhrəman qardaşlarımızın anaları və ailə üzvləri olan xanımlar başda olmaqla rayonumuzun bütün xanımlarını təbrik edirik.
 
Neftçala rayonunda yüzlərlə qəhrəman şəhid, qazi yetişdirən fədakarlıq və möhkəm iradə göstərən analarımızın hər birinə möhkəm can sağlığı arzu edirəm.
Bayramınız mübarək!








Redaktorun seçimi