AzTU-da 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Hit: 416
AzTU-da 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun xanım əməkdaşları, əlaçı tələbələri və müəllimləri iştirak edib.
 
Rektor Vilayət Vəliyev xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan qadını öz ağlı, savadı, biliyi, istedadı ilə bütün sahələrin inkişafına töhfə verir. AzTU-nun inkişafında da xanım müəllim və əməkdaşların rolu danılmazdır. Rektor universitetin xanım əməkdaşlarının il ərzində göstərdiyi nailiyyətləri də xüsusi qeyd edib.
 
Daha sonra tədbir xanım əməkdaşların çıxışları ilə davam edib.








Redaktorun seçimi