Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib

Hit: 319
Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Mil - Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün Mil - Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib.
 
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət Sektorunun müdiri Mahir Zahidov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Mil-Muğan Regional Təhsil İdarəsi Saatlı rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Mikayıl Rüstəmov, Karnegi Klub Təlim Mərkəzinin rəhbəri, Biznes təlimçisi, NLP master Nəcəf Allahverdiyev və Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edib. 
 
Forumda Nəcəf Allahverdiyev “Uğurun formulu varmı?” mövzusunda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıb.
 
Forumun keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Mil-Muğan Regional Təhsil İdarəsinə təşəkkür edirik!








Redaktorun seçimi