Rəhim Rəhimovun 100 iliyinə həsr edilimiş Beynəlxalq Elmi konfrans keçiriləcək

Hit: 510
Rəhim Rəhimovun 100 iliyinə həsr edilimiş Beynəlxalq Elmi konfrans keçiriləcək
15 mart 2023 il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi ilə birlikdə Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Rəhim Nürməmməd oğlu Rəhimovun anadan olmasının 100 iliyinə həsr edilimiş Beynəlxalq Elmi-Praktiki konfrans keçiriləcək.
 
Konfransın materialları toplusunda  çap ediləcək
 
Təqdim olunacaq işlər aşağıdakı tələblərə uyğun hazırlanmalıdır:
 
- Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində təqdim oluna bilər.
 
- Tezislər A4 formatda, 1 səhifədən çox olmamaq şərtilə , “Times New Roman” şrifti ilə  yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1 olmalıdır.
 
- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekunhissələrdən ibarət olmalıdır.
 
- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə tezisin müəlliflərinin soyadı, adı və atasının adı və çalışdığı müəssisə  qeyd edilir.
 
- Hər bir tezisdə müəlliflərin sayı  4-dən çox olmamalıdır və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır
 
- Tezisin əvvəlində kafedra və ya müəssisə rəhbərinin çapa icazəsini göstərən dərkənar olmalıdır
 
- Tezislərin çap və elektron variantları 20 fevral 2023 il tarixinədək  Milli Onkologiya Mərkəzin Elmi Katibliyinə təqdim etməyiniz xahiş olunur .
 
Məsul katib: Şəlalə Əliyeva
 
Əlaqə: +9955 8296668
 








Redaktorun seçimi