İndoneziyada Xocalıya həsr olunmuş “Barışıq üçün etiraf et” tədbiri keçirilib - FOTOLAR

Hit: 501
İndoneziyada Xocalıya həsr olunmuş “Barışıq üçün etiraf et” tədbiri keçirilib - FOTOLAR
İndoneziyanın paytaxtı Cakarta şəhərində İndoneziya İƏT Gənclər Təşkilatı və İndoneziya Milli Gənclər Şurasının birgə təşkilatçılığı, eləcə də İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi), Azərbaycanın İndoneziyadakı səfirliyi və İndoneziya Əl-Əzhər Vəqfinin dəstəyi ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Barışıq üçün etiraf et: hüquq və beynəlxalq münasibətlər baxımdan” adlı tədbir keçirilib.
 
İndoneziya Əl-Əzhər məscidinin Buya Hamka zalında çox sayda alim, müəllim və tələbənin iştirakı ilə baş tutan tədbirin açılış mərasimində öncə müqəddəs Qurandan ayələr oxunub. 
 
Sonra İndoneziya İƏT Gənclər Təşkilatının sədri Astrid Nadiya Rizqita, İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktor vəzifəsini icra edən Vüsal Qurbanov (onlayn) və İndoneziya Milli Gənclər Şurasının sədri və İƏGF-nin vitse-prezidenti Tantan Taufiq Lubis çıxış edərək Xocalı faciəsinin dünyada tanınması ilə bağlı həyata keçirilən beynəlxalq tədbirlərdən bəhs ediblər. Çıxış edənlər İndoneziya gəncliyinin Qarabağ həqiqətlərinin cənubi-Şərqi Asiya regionunda yayılmasını və Azərbaycanın ədalətli mövqeyini daima müdafiə etdiklərini qeyd ediblər. 
 
Daha sonra Azərbaycan Respublikasının İndoneziyadakı səfiri Cəlal Mirzəyev əsas spiker qismində çıxış edərək Xocalı faciəsinin tarixi haqda məlumat verib,  bu hadisəni XX əsrdə insanlığa qarşı törədilmiş cinayət adlandırıb, cəzasızlığın bu tipli beynəlxalq cinayətlərə yol açdığını nəzərə çatdıraraq, Xocalı soyqırımını törədənlərin hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. 
 
Tədbirdə o cümlədən, İndoneziya Əl-Əzhər Vəqfinin meneceri Rayan Luminaries, eləcə də İndoneziya Alimlər Şurasının Beynəlxalq Münasibətlər və Beynəlxalq Əməkdaşlıq komissiyasının sədri, səfir Bunyan Saptomo, İndoneziyanın Strateji Qlobal Tədqiqatlar Universitetinin müəllimi Syaroni Rofii, Əndalas Universitetinin Konstitusiya Tədqiqatları Mərkəzinin direktoru Feri Amsari və İndoneziya Əl-Əzhər Universitetinin Hüquq fakültəsinin dekan müavini Yusub Hidayət öz çıxışlarında və keçirilən müzakirələrdə Xocalı faciəsinin daha geniş miqyasda dünya ictimaiyyəti tərəfindən soyqırım kimi tanınmasının vacibliyini qeyd ediblər. 
 
Tədbir çərçivəsində iştirakçılar Xocalı qurbanlarının ruhuna dualar oxuyub, faciəni əks etdirən fotosərgi, eləcə də qısametrajlı filmlə tanış olublar.
 
1
1
1
1
1








Redaktorun seçimi