Zəlzələdən zərər çəkən uşaqların sevimli dostları - Azərbaycan könüllüləri - FOTOLAR

Hit: 560
Zəlzələdən zərər çəkən uşaqların sevimli dostları - Azərbaycan könüllüləri - FOTOLAR
Böyük dağıntılara və çoxsaylı insan ölümünə səbəb olmuş zəlzələnin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və xalqımız faciənin ilk saatlarından səfərbər olub.
 
Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan könüllü gənclərimiz təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatyaya gedərək günbəgün fəaliyyət zonasını, həmçinin yerli əhali üçün göstərdikləri xidmətlərinin sahəsini genişləndirib, xüsusilə də təbii fəlakətin kəskin travmalar buraxdığı uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.
 
Öz qayğıkeşliyi ilə zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri artıq iki həftəyə yaxındır ki, bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət edirlər.  Belə ki, könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulur və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılır.
1
1
1
1








Redaktorun seçimi