Neftçalada şəhid ailələri və müharibə əlilləri üçün layihələr icra olunur - FOTOLAR

Hit: 659
Neftçalada şəhid ailələri və müharibə əlilləri üçün layihələr icra olunur - FOTOLAR
Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması, o cümlədən onların istək və  qayğıları ilə yerindəcə tanış olmaq məqsədilə xüsusi diqqət və həssaslıqla hazırlanmış layihələr icra olunmaqdadır. Belə uğurlu tədbirlərdən biri də hal-hazırda icrası davam etməkdə olan, “Qəhrəmanların izi ilə” adlı  layihəsidir.
 
“Qəhrəmanların izi ilə” adlı layihəsinə Neftçala RİH-in başçısı Mirhəsən Seyidovun tövsiyyələrinə uyğun olaraq 2023-cü ilin yanvar ayından etibarən start verilib.
 
Layihənin məqsədi Respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvlərini ziyarət etmək, onları narahat edən problemləri, arzu və istəklərini, o cümlədən təkliflərini  dinləmək, sosial qayğıları ilə yaxından tanış olub, bu kateqoriyadan olan şəxslərin daim dövlətimizin xüsusi qayğısı ilə əhatələnməsini onların nəzərinə çatdırmaqdan ibarətdir.
 
“Qəhrəmanların izi ilə” adlı layihənin icrası məqsədilə yaradılmış işçi qrupunda RİH-nin məsul şəxsləri, yerli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərin məsul şəxsləri, rayon ərazisində fəaliyyət göstərən bəzi idarə və müəssisələrin əməkdaşları, rayon ağsaqqalları, Gündoğar qəzetinin redaktoru, ictimaiyyət nümayəndələri iştirak edir.
 
Məlumat üçün bildiririk ki, layihə çərçivəsində hal-hazıra qədər Neftçala şəhəri, Neftçala rayonu Bankə qəsəbəsi, Həsənabad qəsəbəsi, Xol Qarabucaq kəndi, Xol Qaraqaşlı kəndi, Aşağı Surra kəndi və Aşağı Qaramanlı kəndi ərazisində yaşayan Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ziyarət olunub.
 
Qeyd edək ki, layihənin icrası davam edir və şəhid ailələri tərəfindən olunmuş müraciət və təkliflərin qanunamüvafiq qaydada həlli istiqamətində müvafiq tədbirlər görülür.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi