Türkiyəyə yardım kampaniyasında Qusar sakinləri də fəal iştirak edirlər - FOTOLAR

Hit: 405
Türkiyəyə yardım kampaniyasında Qusar sakinləri də fəal iştirak edirlər - FOTOLAR
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Qusar rayonunun sakinləri də qoşulub.
 
Faktor.az xəbər verir ki, rayon sakinləri tərəfindən göndərilən humanitar yardımlar Qusar şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
 
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.
 
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
 
Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə, yaralananların sayı isə 91 511 nəfərə çatıb. 80088 nəfər xilas edilib.
1
1
1
1
1








Redaktorun seçimi