Məşədi Dadaş məscidi yardım aksiyasında iştirak edir - FOTOLAR

Hit: 767
Məşədi Dadaş məscidi yardım aksiyasında iştirak edir - FOTOLAR
Zəlzələ baş verdiyi ilk gündən Azərbaycan xalqı tam şəkildə səfərbər olub, Türkiyədəki qardaş və bacılarımıza yardım edir. Bu yardım kampaniyasına dini icmalar da qoşulub və Məşədi Dadaş məscidi, dini icması da bu prosesdə fəal şəkildə iştirak edir.
 
Faktor.az bildirir ki, bunu news365.az-a açıqlamasında din xadimi Hacı Şahin deyib. O bildirib ki, ilk günlər könüllü,xeyriyyəçi insanlar yardım üçün bizə müraciət etdilər. Bəziləri pul, bəziləri digər yardımları təklif etdilər.
 
Hacı Şahin bildirib ki, artıq üçüncü partiya yardım Türkiyəyə yola salınıb. Əsasən isti uşaq geyimləri, ərzaq, texniki avadanlıqlar göndərmişik. Bu yardım aksiyası bundan sonra da davam edəcək.
 
Bundan əlavə Məşədi Dadaş məscidində anım mərasimi keçirilir. Quran kitabı oxunub, dualarla ölənlər yad edilib. Cümə xütbəsində qurbanlarla bağlı çıxışlar olub.
 
“Allahdan bütün zəlzələdə yaxınlarını itirənlərə səbr diləyirəm, ölənlərə Allah rəhmət etsin” deyə Hacı Şahin əlavə edib.
1
1
1
1
1
1








Redaktorun seçimi