Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Hit: 429
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Siyəzən və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
 
Bu barədə Faktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
 
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran şəhər sakinləri Zaur Şaliyev, Əlvan Əmiraslanov, Dilman Əmiraslanov, Seymur Kazımov, İnqilab Kazımov, Mayıl Aydəmirov, Eldəniz Əmrəliyev, Siyəzən rayon sakinləri Cavid Quliyev, Mahir Əsgərov, Saleh Əsgərov, Fərhad Əliyev, Cəlal Əsgərov, Mahəddin Əkbərov və Sumqayıt şəhər sakini Faiq İbadov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 300 metr uzunluğunda 4 ədəd sintetik tor götürülüb:
 
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Üç fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilməsi üçün hazırlanır”.








Redaktorun seçimi