ASAN könüllüləri “Dinamik Gənclik Həftəsi III” layihəsini reallaşdırıblar

Hit: 385
ASAN könüllüləri “Dinamik Gənclik Həftəsi III” layihəsini reallaşdırıblar
27 yanvar - 2 fevral tarixində  “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi III" layihəsi  reallaşdırılıb.
 
3-cü dəfədir təşkil olunan layihənin əsas məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır. Həmçinin  komanda quruculuğunun, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi,  asudə vaxtın səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması əsas hədəflər olub.
 
Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub.
 
Könüllülər bu müddətdə, həmçinin Miniatür Kitab Muzeyinə, Arxeologiya və Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.
 
“Dinamik Gənclik Həftəsi III" layihəsində 200-dən çox ASAN könüllüsü iştirak edib.








Redaktorun seçimi