Azərbaycanlı şəhid övladları üçün Türkiyədə təşkil olunan qış düşərgəsi başa çatıb

Hit: 363
Azərbaycanlı şəhid övladları üçün Türkiyədə təşkil olunan qış düşərgəsi başa çatıb
 
 
“Türkiyə Texnologiya Komandası”nın (T3 Fondu) təşkilatçılığı, “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi”nin (TİKA) dəstəyi, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə azərbaycanlı şəhid övladları üçün Türkiyənin İstanbul şəhərində təşkil olunan qış düşərgəsi başa çatıb. 26-30 yanvar tarixini əhatə edən düşərgəyə 2022-ci ilin may ayında təşkil olunmuş “Teknofest Azərbaycan”ın iştirakçısı olan şəhid övladları qoşulublar.
 
Düşərgə çərçivəsində iştirakçılar üçün İstanbul gəzintisi gerçəkləşdirilib. Eyni zamanda “Bilişim Vadisi”nə, “Baykar” şirkətinə, “Okçular”  Fonduna, “Bilim Üsküdar” mərkəzinə tanışlıq səfərləri və “Bilim Beyoğlu” mərkəzində təlim təşkil olunub.
 
Həmçinin Beyoğlu Bələdiyyə sədri Haydar Ali Yıldız, Ankara millət vəkili Zeynep Yıldız,  T3 Fondunun koordinatoru Muhammet Saymaz ilə görüşlər keçirilib.
 
Bəyoğlu Bələdiyyəsi Kefken kampında qalan iştirakçılar sosial və idman fəaliyyətlərinə də cəlb olunublar.
 
Layihə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə təməli qoyulan Türkiyə Cümhuriyyətinin 100 illiyi, eyni zamada “Heydər Əliyev İli” çərçivəsində reallaşdırılıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir”,  Heydər Əliyevin “Bir millət, iki dövlət” çağırışları bu tədbirin də əsas mahiyyətini təşkil edib.








Redaktorun seçimi