AzTU-nun rektoru "Qadınlar STEM"də festivalında çıxış edib

Hit: 357
AzTU-nun rektoru "Qadınlar STEM"də festivalında çıxış edib
Qızların STEM təhsili, eləcə də gələcək fəaliyyətlərinə həsr olunmuş "Qadınlar STEM"də festivalının 2-ci günündə müzakirə olunan mövzulardan biri də “Niyə STEM sahələrində qadınların sayı azdır?” mövzusu olub.
 
Müzakirələrdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev də iştirak edib. Rektor deyib ki, savadlı gələcək üçün qızların təhsilə cəlb olunması mühüm amildir. Bu baxımda festivalın böyük əhəmiyyəti var. Rektor həmçinin bildirib ki, festival çərçivəsində təşkil olunan əmək yarmarkası tələbə və gənc mütəxəssislərin iş tapması baxımından faydalıdır.
 
Qeyd edək ki, 2 gün davam edən festival “QadınFest” və “Women in Tech” platformalarının təşkilatçılığı ilə keçirilib.








Redaktorun seçimi