2 saylı Gəncə ‘‘ASAN xidmət” mərkəzi - 1 il

Hit: 355
2 saylı Gəncə ‘‘ASAN xidmət” mərkəzi - 1 il
2 saylı Gəncə regional ‘‘ASAN xidmət" mərkəzinin açılışı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 30 yanvar 2022-ci il tarixində baş tutub.
 
“ASAN xidmət “ mərkəzinin binası 4 mərtəbəlidir. Mərkəzin ərazisində geniş park, uşaq əyləncə meydançası, idman meydançası və  xüsusi dekor hovuzlar var.
 
Mərkəz 10 fevral 2022-ci il tarixində  fəaliyyətə başlayıb.
 
‘‘ASAN xidmət‘‘ mərkəzi Gəncə şəhəri, Şəmkir ,Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və  Xocalı rayonlarında qeydiyyatda olan 1 milyona yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
 
Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfərdir. "ASAN xidmət" mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
 
Fəaliyyət göstərdiyi bir il ərzində 254 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dən çox xidmət həyata keçirilir.








Redaktorun seçimi