Türkiyənin Ulakbim – Dərgi Park elektron baza reyestrinə AMEA-nın elmi jurnallarının daxil edilməsi məsələləri müzakirə edilib

Hit: 331
Türkiyənin Ulakbim – Dərgi Park elektron baza reyestrinə AMEA-nın elmi jurnallarının daxil edilməsi məsələləri müzakirə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüşüb.
 
Azərbaycan və Türkiyə alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən söz açan akademik İsa Həbibbəyli birgə qrant layihələrinin perspektivlərindən danışıb. AMEA ilə TÜBİTAK arasında elmi əlaqələrin əhəmiyyəti, qarşılıqlı əməkdaşlıq məsələlərindən bəhs edib.
 
Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun rəhbəri, professor Hasan Mandal ortaq qrant layihələri ilə bağlı müzakirələrin əhəmiyyətli olduğunu bildirıb, bu sahədə atılacaq yeni addımlardan danışıb. 
 
Görüşdə müxtəlif elm sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və Türkiyənin Ulakbim – Dərgi Park elektron baza reyestrinə AMEA-nın elmi jurnallarının daxil edilməsi məsələləri müzakirə edilib.








Redaktorun seçimi