Kəlbəcər rayonunda “Heydər Əliyev İli” ilə bağlı keçiriləcək silsilə tədbirlərə start verilib

Hit: 566
Kəlbəcər rayonunda “Heydər Əliyev İli” ilə bağlı keçiriləcək silsilə tədbirlərə start verilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin icrasına nəzarət və vaxtında icra edilməsi məqsədi ilə tədbir keçirilib.
 
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
 
Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin  büstü ziyarət edilib və qarşısına gül dəstələri düzülüb.Daha sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edən natiqlər dahi şəxsiyyət, xalqımızın Ümumilli Lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb, onun Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz dövləti fəaliyyətindən bəhs edilib.Bildirilib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası Kəlbəcər rayonunda uğurla icra ediləcəkdir.
 
Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planı müzakirə edilib, rayon rəhbəri tərəfindən konkret tapşırıq verilib.

Faktor.az








Redaktorun seçimi