“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır

Hit: 417
“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır
Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində “DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır. Bu münasibətlə mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşü təşkil olunub.
 
Görüşdə Mediasiya Şurasının nümayəndələri və media nümayəndələrinə mediasiya proseduru barədə ətraflı məlumat verilib. Əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması və s. proseslər izah olunub. Daha sonra Mediasiya Şurası ilə birlikdə keçirilən funksional təlimləri uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim edilib.
Tədbirdə qeyd olunub ki, mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur. Tərəflər arasında yaranmış mübahisələr mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında, qanunla müəyyən edilmiş qaydada həll olunur. Tərəflər məhkəmə prosesi olmadan mübahisələrin həllinə nail ola bilirlər. 
 
5 saylı Bakı DOST mərkəzində isə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətləri təşkil olunur. Vətəndaşlar əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl bütün DOST mərkəzlərində zəruri sənədləşmələri həyata keçirə bilərlər. 
Xidmətlər DOST Agentliyi ilə Mediasiya Şurası arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir.
 








Redaktorun seçimi