Brandenburq Texniki Universitetinin professoru AzTU tələbələri ilə görüşüb

Hit: 417
Brandenburq Texniki Universitetinin professoru AzTU tələbələri ilə görüşüb
Brandenburq Texniki Universitetinin (BTU) professoru, Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru Sylvio Simon Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dili qrupunda təhsil alan tələbələrlə görüşüb. Görüşdə tələbələrə BTU haqqında ətraflı məlumat verilib.
 
Qeyd olunub ki, AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dili qrupunda təhsil alan tələbələr BTU-da təcrübə keçmək, həmçinin Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə magistratura səviyyəsində tədrisi davam etdirmək, konfranslarda və yay məktəblərində iştirak etmək və s. imkanlardan yararlana bilərlər.
 
Alman dili səviyyələri yüksək olduğu üçün, bu qrupda təhsil alan tələbələr müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarında iştirak edə bilərlər.
 
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb. 








Redaktorun seçimi