“ASAN xidmət”in sədr müavini BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb

Hit: 520
“ASAN xidmət”in sədr müavini BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları ilə  Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müəllim-tələbə heyəti arasında görüş keçirilib.
 
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.
 
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan görüşün əsas məqsədi “Dövlət xidmətlərinin təşkilində data əsaslı idarətmənin və texnoloji innovasiyaların tətbiqi” ilə bağlı akademik mühitlərdə elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi yollarının müzakirəsi olub. Görüş zamanı müxtəlif elm mərkəzlərində təhsilin magistratura və doktorantura pillələrində təhsil alan tədqiqatçıların işlərində bu tip mövzulara xüsusi yer ayırmalarının zəruriliyi bildirilib.
 
Tədbir iştirakçıları akademik dairələrdə dövlət xidmətlərinin təkmilləşdirilməsi mövzusunda tədqiqat işlərinin aparılmasının həm dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılmasına, həm də tələbələrin təhsildə əldə etdikləri nəzəri biliklərin real müstəvidə tətbiqinə xidmət etdiyini vurğulayıblar.
 
 
Eyni zamanda Dövlət Agentliyinin data mütəxəssisləri ilə Bakı Dövlət Universitetinin tələbələri arasında qarşılıqlı şəkildə elmi-tədqiqat işlərinin aparılması üzrə gələcək əməkdaşlıq çərçivəsi müəyyən edilib.









Redaktorun seçimi