İsmayıllıda “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti" mövzusunda tədbir keçirilib

Hit: 863
İsmayıllıda “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti" mövzusunda tədbir keçirilib
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti" mövzusunda tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və gənc müəllimlər iştirak edib. 
Tədbir iştirakçıarı Ulu Öndər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Sonra Ümummilli Liderin layiqli  davamçısı ölkə Prezidenti İlham Əliyevə həsr olunan film nümayiş olunub.
 
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda keçirilən tədbirin çox böyük əhəmiyyətə malik olduğunu bildirərək qeyd edib ki, müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. 
 
S.Əhmədova qeyd edib ki, Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri də təhsil sahəsidir. Bunun nəticəsidir ki, hər il təhsildə böyük nailiyyətlər əldə olunur. Bu siyasətinin dəstəkçiləri gənc müəllimlər başda olmaqla bütün təhsil işçilərinin üzərinə böyük vəzifələr düşür.
 
Sonra “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti" mövzusunda gənc müəllimlərin məruzə və çıxışları dinlənilib.
 
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev bildirdi ki Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. 
 
Sevindirici haldır ki, bu uğurlu iş bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. 
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov öz çıxışında  bütün zamanların partiyası olan YAP sıralarında bu gün gənclərin sıx birləşdiyini vuğulayaraq, ölkə rəhbərinin bu sahədəki çoxşaxəli fəaliyyətini qürurla qeyd edib.
Çıxış edən İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Prezident İlham Əliyevin müxtəlif dövrlərdə gənclər sahəsində həyata keçirdiyi geniş miqyaslı layihələrdən danışıb. O çıxışında yeni nəsil gənc müəllimlərin təcrübə və bilikləri sayəsində gənclər sahəsində daha böyük nailiyyətlərə imza atılacağına inandığını qeyd edib. 
Çıxışlarda həmçinin böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər, 44 günlük müharibədə qazandığı qələbədən danışılıb.








Redaktorun seçimi