Millət vəkili professor Şirindil Alışanovu təbrik edib

Hit: 828
Millət vəkili professor Şirindil Alışanovu təbrik edib
Millət vəkili, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Filologiya elmləri doktoru, professor Şirindil Alışanovu 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
 
Q.Paşayevanın yubilyara Komitə adından təqdim etdiyi Təbrik məktubunda deyilir:
 
“Hörmətli Şirindil müəllim,
Sizi 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Laçının düşmən tapdağından qurtuluşunun, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə quruculuq işlərinin, azadlıqdan abadlığa keçidin sevinc və qüruru içində qeyd edirsiz.
 
Siz Azərbaycan ədəbiyyatşünaslığında romantizm problemi, Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji problemləri, humanitar fikrin nəzəri-metodoloji problemləri, çağdaş ədəbi prosesin inkişaf problemləri, XX yüzil ədəbiyyatının tarixi və nəzəri məsələlərinin öyrənilməsi, araşdırılması sahəsində tanınmış alimsiz.
 
“Sözün estetik yaddaşı”, “Ədəbi-bədii düşüncənin sərhədləri”, “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”, “Romantizm: mübahisələr, həqiqətlər”, “Nəzəri fikrin tarixiliyi və müasirliyi” əsərləriniz məşhurdur.
Sizin ədəbiyyatşünas kadrların hazırlığı sahəsində də özünəməxsus xidmətləriniz vardır.
Bir daha Sizi 70 illik yubileyiniz və bütün uğurlarınız münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm”! 








Redaktorun seçimi