"Koordinator Məktəbi: 21-ci əsr bacarıqlarının formalaşdırılması" təlimləri başa çatıb

Hit: 510
"Koordinator Məktəbi: 21-ci əsr bacarıqlarının formalaşdırılması" təlimləri başa çatıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən keçirilən "Koordinator Məktəbi: 21-ci əsr bacarıqlarının formalaşdırılması" təlimləri başa çatıb.
 
Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi- 2.0” Proqramı çərçivəsində keçirilən layihədə əsas məqsəd yeni seçilən regional koordinatorlarla və onların fəaliyyəti ilə tanışlıq, müvafiq vəzifələrin müəyyən olunması, təkliflərin dinlənilməsi, görüləcək işlərin müzakirəsi və yeni layihələrin təqdimatından ibarət olub.
 
2 gün davam edən layihə müddətində gənc müəllimlərə "Komanda quruculuğu", "Sosial mediada müəllim imici", "Təşkilati mədəniyyət", "Layihə idarəetməsində təşkilatçılığın rolu", "Kommunikasiya" kimi mövzularında təlimlər keçirilib.
 
Müəllimlərin prosesə aktiv qoşulması, məlumat mübadiləsinin aparılması, əyləncəli qrup işlərinin keçirilməsi görüşü daha da maraqlı və öyrədici edib.
 









Redaktorun seçimi