Millət vəkili Ömər Faiq Nemanzadənin nəvəsi ilə görüşüb

Hit: 586
Millət vəkili Ömər Faiq Nemanzadənin nəvəsi ilə görüşüb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin nəvəsi (qızının qızı) Nigar Əzizzadə ilə görüşüb. 
 
Mədəniyyət Komitəsində baş tutan görüşdə Prezident İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik yubileyi ilə bağlı verdiyi Sərəncam minnətdarlıqla qeyd olunub, Sərəncamdan irəli gələn məsələlər, habelə yubileylə bağlı müvafiq kitabın nəşri, kitabın qardaş türkcələrə uyğunlaşdırılaraq yayılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.








Redaktorun seçimi