Azərbaycandakı mediatorların sayı açıqlanıb

Hit: 396
Azərbaycandakı mediatorların sayı açıqlanıb
Azərbaycanda 273 mediator fəaliyyət göstərir.
 
"Report" xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov "Mediasiya proseslərinin insan hüquqlarının qorunması sahəsində əhəmiyyəti” mövzusunda təqdimat mərasimində çıxışı zamanı deyib.
 
O, Bakı şəhərində 178 nəfər, Naxçıvan MR-da 5 nəfər, rayonlarda isə ümumilikdə 90 nəfər mediatorun işlədiyini, fəaliyyət göstərdiyi müddətdə təxminən 45 000 işin quruma daxil olduğunu, onlardan 36 613 işə məhkəmədə baxıldığını qeyd edib.








Redaktorun seçimi