Millət vəkili Jalə Əhmədova vətəndaşların problemlərini dinləyib

Hit: 564
Millət vəkili Jalə Əhmədova vətəndaşların problemlərini dinləyib
21-22 noyabr tarixlərində Salyan şəhərində yerləşən deputat ofisində qəbul keçirdim. 
 
Qəbulda şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları və digər rayon sakinlərini, ümumilikdə 60-a yaxın seçicini qəbul etdim, dinlədim. Onları narahat edən məsələlər barədə özümdə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində bacardığım köməkliyi əsirgəməyəcəyimi bildirdim. 
 
İki gün davam edən qəbul zamanı vətəndaşlar əsasən işsizlik, pensiya, əlillik, sosial müavinət  məsələləri ilə bağlı problemləri səsləndirdilər.

Millət vəkili Jalə Əhmədova








Redaktorun seçimi