AzTU-nun rektoru Dünya Robot Olimpiadasında qalib olan "Platon Tech"in üzvləri ilə görüşüb

Hit: 297
AzTU-nun rektoru Dünya Robot Olimpiadasında qalib olan "Platon Tech"in üzvləri ilə görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən AzTU SABAH qruplarının "Platon Tech" komandasının üzvlərini qəbul edib. Rektor dünyada Azərbaycanın adını layiqincə təmsil etdiklərinə görə komanda üzvlərinə təşəkkür edib. Bildirib ki, komandanın daha da inkişaf etməsi üçün tələbələrə bundan sonra da bütün şərait yaradılacaq. “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyev onların olimpiadaya hazırlaşması üçün AzTU-nun "CezeriLab" laboratoriyasında yüksək şərait yaradıldığını bildiriblər. Tələbələr onlara göstərdiyi dəstəyə görə AzTU-nun rektoru Vilayət Vəliyevə təşəkkür ediblər. Daha sonra çıxış edən AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova, komandanın mentoru Günel Məmmədli komandanın olimpiadaya hazırlıq prosesindən yarışın sonuncu gününə kimi AzTU rəhbərliyinin xüsusi dəstəyinin olduğunu vurğulayıblar.
 
AzTU-nun İctimai şurasının sədri Osman Gündüz də Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün komandaya təbriklərini çatdırıb.
 
Görüşün sonunda komanda üzvlərinə təşəkkürnamə və noutbuk təqdim olunub.  
 
Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz "FUTURE INNOVATORS SENIOR" nominasiyası üzrə dünya üçüncüsü olublar.








Redaktorun seçimi