"Landau School"un şagirdləri Azərbaycana - 18 qızıl, 18 gümüş medalla qayıdıb - FOTOLAR

Hit: 1295
"Landau School"un şagirdləri Azərbaycana - 18 qızıl, 18 gümüş medalla qayıdıb - FOTOLAR
“LANDAU School”un şagirdləri beynəlxalq bilik yarışmasında ölkəmizi uğurla təmsil edərək 36 medal qazanıblar.
 
Faktor.az xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən “LANDAU School” özəl orta məktəbinin şagirdləri ABŞ-nin nüfuzlu ali təhsil müəssisəsi olan "Yale" Universitetində keçirilən "The World Scholar's Cup" beynəlxalq bilik olimpiadasının yekun turunda iştirak ediblər.
 
Azərbaycanlı şagirdlər hər il dünyanın 70-ə yaxın ölkəsindən 15000-dən çox məktəblinin iştirakı ilə keçirilən bilik olimpiadasının ilk 2 mərhələsində – Bakıda keçirilən "Local" və Dubayda baş tutan "Global" turlarında müxtəlif nailiyyətlər əldə etməklə "Yale" Universitetinin ev sahibliyi etdiyi finala vəsiqə qazanmışdılar.
 
Yarışmanın finalında “LANDAU School” şagirdləri ümumilikdə 18 qızıl və 18 gümüş medal əldə ediblər: Kamran Hüseynov – 4 qızıl, 4 gümüş, Fatimə Əliyeva – 4 qızıl, 3 gümüş, Murad Hidayətzadə – 4 qızıl, 1 gümüş, Ziyad İsmayılov – 2 qızıl, 4 gümüş, İsmayıl Qurbanəliyev – 2 qızıl, 3 gümüş, Rəsul İsmayılov – 2 qızıl, 3 gümüş.
1
1
1
1








Redaktorun seçimi