“Globalinfo.az” saytı fəaliyyətə başladı

Hit: 1171
“Globalinfo.az” saytı fəaliyyətə başladı
Əməkdar jurnalistin baş redaktor olduğu yeni sayt bu gündən fəaliyyətə başlayıb.
 
Faktor.az xəbər verir ki, əməkdar jurnalist Azər Ayxanın baş redaktor olduğu yeni sayt bu gündən fəaliyyətə başlayıb.
 
Yeni sayt “Globalinfo.az” adlanır.
 
Sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.
 
Qeyd edək ki, Azər Ayxan 1991-ci ilin noyabrından mətbuatdadır. O, 30 ildən çox “Yeni Müsavat” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ilin yanvarından 2022-ci ilin iyul ayına kimi qəzetin baş redaktoru olub. Bu il iyulun 6-da tutduğu vəzifədən istefa verib.

Faktor.az-ın kollektivi həmkarlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır!








Redaktorun seçimi