Mediasiya Şurasında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Hit: 1003
Mediasiya Şurasında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
Mediasiya Şurası İdarə Heyəti ilə Avropa Şurasının nümayəndələri arasında görüş keçirilib.
 
Faktor.az-ın məlumatına görə, qonaqlar öncə Mediasiya Şurasının inzibati ofisi və iş şəraiti ilə tanış olub, daha sonra birgə görüşdə zəruri məsələləri müzakirə ediblər.
 
Görüşdə Avropa Şurasının nümayəndəsi Jovanq Matic, əməkdaşı Vəfa Rövşənova, beynəlxalq ekspert-mediatorlar Adi Gavrilla, Leonardo D"Urso, Mediasiya Şurasının İdarə Heyətinin üzvləri - Sima Yaqubova və Əli Nəbiyev iştirak ediblər.
 
Görüş zamanı Mediasiya Şurasının 2021 və 2022-ci illər ərzində iş faəliyyəti, mediasiya müraciətləri, mediatorlar və mediasiya təşkilatlarının işinin təşkili, Şuranın maddi-texniki bazası və digər zəruri ehtiyacları müzakirə edilib. Müzakirələr zamanı xarici ekspertlər mediasiya prosesləri barədə öz təkliflərini irəli sürüb, həmçinin Mediasiya Şurası ilə daimi əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.
1
1
1
1
1








Redaktorun seçimi