Neftçalada psixoloji maarifləndirmə marafonu keçirilib - FOTOLAR

Hit: 723
Neftçalada psixoloji maarifləndirmə marafonu keçirilib - FOTOLAR
“Loqos” Psixoloji və Nitq Mərkəzinin və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda psixoloji maarifləndirmə marafonu keçirilib.
 
Marafon çərçivəsində “Loqos” Psixoloji və Nitq Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən bir sıra aktual olan psixoloji mövzularda maarifləndirici çıxışlar edilib, ödənişsiz diaqnostik konsultasiyalar həyata keçirilib.
 
Psixoloji maarifləndirmə marafonunda ümumilikdə 100-dən çox şəxs iştirak edib, 50-dən çox vətəndaş ödənişsiz diaqnostik konsultasiyalardan yararlanıb.
 
Qeyd edək ki, marafonun həyata keçirilməsinin məqsədi, bölgələrdə yaşayan əhalinin psixoloji cəhətdən maarifləndirilməsi, insanlara ödənişsiz psixoloji dəstək göstərilməsidir. Layihənin gələcəkdə digər bölgələrimizdə də keçirilməsi nəzərdə tutulur.
1
1
1
1
1








Redaktorun seçimi