Neftçalada şəhidlərin xatirə kompleksinin açılışı olub - FOTOLAR

Hit: 847
Neftçalada şəhidlərin xatirə kompleksinin açılışı olub - FOTOLAR
Neftçala rayonunun Kürqarabucaq kəndində şəhid Ağasadıq Aslanovun və Xəqani Hüseynovun xatirə kompleksinin açılışı olub.
 
44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən olan Asalanov Ağasadıq Xəlil oğlunun və 1-ci Qarabağ müharibəsində itgin düşən şəhid Hüseynov Xəqani Fazil oğlunun xatirələrinə həsr olunan kompleksin açılışı olub.
 
Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət üzvləri iştirak edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib,
Tədbirdə çıxış edən şəhidin atası Xəlil Aslanov, şəhid anaları adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Filarə İsmayılova şəhid Ağasadıq Aslanovun həyat yolundan, döyüş şücaətlərindən, Vətəh müharibəsi zamanı Müzəffər Ordumuzun qələbəsindən danışıb və şəhidlərin ruhunu ehtiramla yad ediblər.
 
Tədbirdə çıxış edən Neftçala RİH başçısı 44 günlük Vətən müharibəsində Cənab Prezident İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin şücaətindən, onların göstərdikləri fədəkarlıqların danışıb. RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinin, qazilərin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
 
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiribər.
 
Şəhid Aslanov Ağasadıq Xəlil oğlu 1991-ci il martın 1-də Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 08-də Neftçala rayonu Kürqarabucaq kənd qəbiristanlığında dəfn olunub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə Ağasadıq Xəlilov ölümündən sonra təltif edilib.
Şəhid Hüseynov Xəqani Fazil oğlu 1973-cü ildə Neftçala rayonunun Kürqarabucaq kəndində anadan olub və cəsur pulemyotçu kimi ad qazanan Xəqani Hüseynov 1993-cü ilin fevral ayında şiddətli döyüşlər zamanı itkin düşüb.
Məlumat üçün bildiririk ki, kompleksdə Vətən müharibəsi şəhidlərinin adları əbədiləşdirilib.
1
1
1
1








Redaktorun seçimi