Bakıda interaktiv seminar keçirilib - FOTOLAR

Hit: 1114
Bakıda interaktiv seminar keçirilib - FOTOLAR

Bakıda “11 oktyabr - Beynəlxalq qızlar günü”nə həsr edilmiş interaktiv seminar keçirildi

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə oktyabrın 7-də “Çinar Kitab Evi”nin seminar zalında “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar təşkil edilib.
 
Faktor.az xəbər verir ki, seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə qadın və qızlara qarşı zorakılığın aradan qaldırılmasına və cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir. 
 
Seminar zamanı təhsil idarəetməsi üzrə eksper Rasif Dünyamalı və təlimi/konsultant Elçin Həsən qızların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətindən danışıblar. 
 
Məlumat üçün bildirək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” İctimai Birliyi və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutub.
1
1
1
1
1








Redaktorun seçimi