“Yeni klinika”da YAP-ın yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Hit: 761
“Yeni klinika”da YAP-ın yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Bu gün “Yeni klinika”da Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Yeni klinika” Publik hüquqi şəxsi Cavid Paşayev, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və klinikanın əməkdaşları iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının dövlət himni, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Açılış nitqi ilə çıxış edən Cavid Paşayev qonaqları və tədbir iştirakçılarını salamlayaraq, müstəqil Azərbaycan dövlətinin bugünkü inkişafı, intibah, yüksəliş və tərəqqi mərhələsinə çatmaq üçün keçdiyi yollardan danışıb. C.Paşayev qeyd edib ki, müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən biri hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.
 
C.Paşayev “Yeni klinika”da 2021-ci il 20 dekabr tarixində Yeni Azərbaycan Partiyasının Nizami rayon ərazi təşkilatınn yaradıldığını və partiya sıralarına qatılan əməkdaşların sayının günü-gündən artdığını da bildirib.
 
Tədbirdə Yeni Azərbaycan Partiyası Nizami rayonu “Yeni klinika” Publik hüquqi şəxs ərazi təşkilatının yeni sədr və sədr müavini seçilib.
 
Xatırladaq ki, ölkə başçısının təşəbbüsü ilə inşa edilən klinikanın açılış mərasimi 2020-ci il mart ayının 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutmuşdur.
 
Ümumi sahəsi 100 min kvadratmetrdən artıq olan xəstəxana imkanlarına görə tam standartlara cavab verir. Klinika yüksək səviyyəli avadanlıqlarla təchiz olunmuşdur və quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.







Redaktorun seçimi