Yeni layihənin açılışı oldu

Hit: 807
Yeni layihənin açılışı oldu
7 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası layihəsinin rəsmi açılış mərasimi keçirilib.
 
Açılış Bakı şəhəri Suraxanı rayonu 232 nömrəli tam orta məktəbində baş tutmuşdur. Açılışda layihənin eksperti Fərid Rüstəmzadə, 232 nömrəli tam orta məktəbin müəllimləri, 249 nömrəli məktəbin direktor müavini Adilə Dadaşova və layihənin idarə heyəti iştirak etmişdir.
Qeyd edək ki, layihənin məqsədi PhET interaktiv simulyasiya platformasını Azərbaycan dilinə tərcümə etməklə dərslərin interaktiv formada təşkilinə əlavə imkanlar yaratmaqdan ibarətdir.
 
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. 
 
Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.
 
Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək







Redaktorun seçimi