AzTU-da 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

Hit: 695
AzTU-da 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
 
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirlib.
 
Müəllimləri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev onları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işlərdə müəllimlərin rolunu xüsusi vurğulayıb. Vilayət Vəliyev deyib ki, AzTU-da qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən layihələrdə istər qocaman, istərsə də gənc müəllimlərin potensialından istifadə olunacaq.
 
Daha sonra AzTU-nun qocaman müəllimləri adından professor Tamilla Hüseynova və professor Rəhim Şükürov çıxış edibər. Onlar son illər universitetdə görülən işlər barədə fikirlərini bildiriblər.
 
Çıxışlardan sonra AzTU-nun qocaman müəllimləri təltif olunublar.
 
Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub. 







Redaktorun seçimi