Elvin Paşayev ümumtəhsil müəssisələrində olub, müəllimləri təbrik edib - FOTOLAR

Hit: 1159
Elvin Paşayev ümumtəhsil müəssisələrində olub, müəllimləri təbrik edib - FOTOLAR
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “5 oktyabr-Müəllim günü” ilə bağlı Göygöl rayon ümumtəhsil məktəblərində müəllim kollektivləri ilə görüşüb onlara xoş arzularını çatdırıb. Bildirilib ki, müəllim peşəsi ən şərəfli və ən çətin peşədir. Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Müəllimin hərtərəfli və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan texnikalarla işləmək qabiliyyətləri, kompüter bilikləri və bu bilikləri öyrətmək ustalığı olmalıdır.
 
Şagird müəllimlərin onu valideyni qədər sevdiyini, gələcəyi üçün çalışdığını düşünməlidir. Məktəbdə şagirdin yüksək bilik əldə etməsi və müasir tələblər səviyyəsində inkişafı üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb.
 
Müəllimlər yaradılmış şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər, Rayon İcra Hakimiyyətinin başçısına səmimi görüş və diqqət üçün təşəkkür ediblər.
1
1
1
1
1
1
1







Redaktorun seçimi