“İnnovativ Bioloq” layihəsinin açılış mərasimi keçirilib

Hit: 698
“İnnovativ Bioloq” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Şəmkir rayon Qasimallar kənd tam orta məktəb, həm də Şəmkir rayon Kimya - biologiya təmayüllü liseyində biologiya müəllimi Ülkər Süleymanovanın  “İnnovativ Bioloq” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimi Şəmkir rayon Kimya - biologiya təmayüllü liseyində baş tutmuşdur.

Açılışda Şəmkir Təhsil Sektorunun müdiri Qüdrət Əliyev, Şəmkir Təhsil Sektorunun müdir müavini Hafiz Pənahov, Şəmkir ümumtəhsil məktəb direktorları və gənc müəllimlər  iştirak edib.

Layihənin rəhbəri Ülkər Süleymanova layihənin məqsədini, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.
Xatırladaq ki, layihənin məqsədi Şəmkir məktəblərində biologiya müəllimlərində Artırılmış və Virtual Reallıqlardan səmərəli istifadə bacarıqları formalaşdırmaqla biologiya fənninin tədrisinin keyfiyyətini artırmaqdır.







Redaktorun seçimi