AzTU ilə Bilkent Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Hit: 717
AzTU ilə Bilkent Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan və prorektoru, professor Ezhan Karaşan, həmçinin ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.
 
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Əvvəlcə hər iki rektor rəhbərlik etdikləri universitetlər haqqında geniş təqdimatla çıxış ediblər.
 
Təqdimatdan sonra hər iki universitetin əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bilkent Universitetinin tədrislə bağlı təcrübəsinin öyrənilməsi və müvafiq sahələr üzrə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, həmçinin magistratura və doktorantura səviyyələrində birgə elmi- tədqiqat işlərinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.







Redaktorun seçimi