Sənətin əbədiyyətə işləyən gözəlliyi: Tamara Gözəlova (Gülnaz)

Hit: 407
Sənətin əbədiyyətə işləyən gözəlliyi: Tamara Gözəlova (Gülnaz)
 
Ey dili qafil fil faili məchul fani f....
Derlər, 
Unudulmuş oxucu,
Tamara xanım (heç gözləmədiyi halda) heç olmasa ömründə bir dəfə də olsa rol oynadı. 
Onun oynadığı bu rol isə gələcək həyatının yaddaşında ən naxışlı, bəzəkli bir ilmə olub qaldı. İndi o ilmələri, bəzəkləri, çeşniləri, gülləri seyrə daldıqca, bir fikrə arxa durmaq, qahmar çıxmaq istəyirsən: “O olmasın bu olsun “ filmində ilk dəfə və son dəfə Gülsümü xatirələrinmizə, yaddaşımıza kimi oynayan bu xanım, nədən sonrakı dönəmlərdə bir daha heç vaxt heç bir rollarda yer almır. Yoxsa O yalnız öz həyat, tale rolunumu oynayırmış. Deyəsən, başqa cür də mümkün deyildi. 
Qədim Bakının İçəri şəhərində  qulluqçu aliləsində doğulub böyüyən, dahi Üzeyir bəyin “O olmasın bu olsun “ filmindəki baş rolda çəkilən, ondan sonra ekran həyatına əlvida deyən Tamara xanım orta məktəbə də Bakıda gedir. Bəzən düşünmədiyin, xəyalından keçirmədiyin illər sonra yaşamının əsas qayəsi olanda, adamın qulağına həzin bir musiqi səsi dəyir. İllərin ardındakı musiqi sədalarının o həzinlik hayqırışı adamı necə dibdiri saxladığını bilirəm. 
Qədim Misir ehramlarında min illərdir insan dənlərini cürüməyə qoymayan mumiya kimi o səsin can yaxmaları düşüncələri, həyata bağlılığı eyni rolu oynayır
Hələ uşaq ikən küçəni keçmək istəyən balaca qızcığaz  onu qucağına alan bir kişini sonralar eynən uşaqlıq həyəcanıyla  xatırlayacaqdı. 
İlk istedadını da oxuduğu məktəbin getdiyi dram dərnəyində üzə çıxaracaqdı. 
Onun xatırladıqlarının içində o dövrün Bakısı, o dövrün insanları, bir də yaddaşın ən şah budağına qonub ötən hadisələrı vardı. 
Derlər, 
Unudulmuş oxucu, 
Tale elə gətirir ki,  14 yaşlı gənc bir qızın 40-a yaxın qızın içərisindən seçilərək “ o olmasın, bu olsun” filmindəki Gülnaz obrazında rol alması sonralar bütün həyatını dəyişə bilərdi. 
Atasının zəhimli olması onun sonralar təklif alacağı rolarda çəkilməsinə birmənalı şəkildə maneçilik törədəcəkdi.
Az sonra öz istedadını böyük sınaq çəkilişlərində reallaşdırmalı olur. 
Söhbətimiz boynca bir zamanlar o unudulmaz bir filimin baş rolunda ən unudulmaz koloritə sahib bir xanımın nədən gözdən - könüldən iraq qalması məni yerdən yerə vururdu.
Yalnılz bir filmlə bütöv ömrünü işıqlandıran, hətta nəvələrinin də qəlbinə-üzünə o işıqdan kifayət qədər salmağı bacaran Tamara xanım danışdıqca o işığa sadiq qaldığını yaşadığı həyəcanından duyururdum. 
Çəkildiyi ilk və son filmdən sonra onun taleyinin qapsını  döyən şöhrət özü belə ikiqat, başıaşağı olub geri qayıdır. Tamara xanım ömrü boyunca bir zamanlar o qapısını gəlib döyən şöhrətin pərt halda geri qayıdışını,  bəlkə də gizlin-gizlin dönüşünün əzabını hələ də çəkir. 
Küçədə gedərkən barmaqla göstərilən, utana-utana yaxınlaşıb ondan aftoqraf istəyən insanları da danışdırsan, yəqin ki, Tamara xanım kimi səslərinin  titrəyişlərini gizlədə bilməyəcəkdilər.
Ekran dünyamızın ən şah əsərlərindən sayılan böyük Üzeyirin “O olmasın bu olsun“ filminin o zamanlar aparılan çəkilişlərindən pərdəarxası məqamları Tamara xanımın söhbətlərində  daha canlı mənalar kəsb edir. İstər istəməz  onlarla korifey sənətkarın bir filmin fonunda gizlinləri göz önündə canlanır. 
Söhbətimiz zamanı bir az da irəli gedərək o vaxtlar çəkildiyi filmdəki çatışmayan yönlərini dilə gətirməkdən çəkinmirdi. 
Derlər, 
Unudulmuş oxucu, 
Azərbaycanda ilk televiziya diktoru kimi önəmli bir səhifəyə imza atan tamara xanım bəzi haqsızların hələ də davam etdiyinə toxunmuya bilmirdi.
Bütün danışdıqları olmuşdu, baş vermişdi. Mədəniyətimizin adına bu baş verən xoş hadisələr isə deyəsən bir-iki nəfərin yaddaşından başqa hər kəsin yaddaşından çox-çox uzaqlardaydı. Bu uzaqlıqdan başlayan mənəvi  soyuqluq  məni də vurur, hətta bu qışın ayazı kimi qarsıb qovururdu. 
Gülnaz rolunda azərbaycanlı qızının koloritli, yaddaşlardan silinməyən  simasını canlandıran Tamara xanım elə o illərdə xarici səfərlərdə də olur.
Günlərin bir günü dünyanın ən gözəl ailəsini qurur. Bu izdivacdan sevimli övladları dünyaya gəlir. 
Həyat yoldaşı isə Azərbaycanın o dönəmlərdə aparıcı jurnalistlərindən biriydi. Bu qarışıq bir aləmdə sevimli həyat yoldaşı son nəfəsinə kimi ona sözün əsl mənasında arxa, dayaq durur. 
Fatma xanım orta məktəbi bitirdikdən sonra ali təhsilini davam etdirmək üçün sənədlərini ali məktəblərdən birinə versə də, sonda  həyatını uşaqlıq illərindən sevdiyi kitablara bağlayır. Kitabxanaçılıq fakültəsini bitirib Axundov adına Milli Dövlət kitabxanasında işləməyə başlasyır. 45 ildir yorulmadan sevdiyi kitabların arasında  ömür sürür. 
Həyat yoldaşı Alp Ağamirov jurnalistliklə birgə kino tənqidçiliyini də davam etdirir.
Tamara xanımın çəkildiyi filmi o dövrlərdə dəhşətli dərəcədə tənqid etməyə başlayırlar.
İlk çəkildiyi bu filmdən sonra Moskvada  təhsilini davam etdirməyə və Daşkənddə keçirilən kino festivalına dəvət alır. 
Bu yaşında da kitaba olan sevgisi, marağı Tamara xanımı bir dəm də rahat buraxmır. 
Hələ də  nəvələri, oğlu və onun ailəsi ilə bir yerdə yaşamaqdan xüsusi zövq alır. 
Həyatda itirdiyi doğmalarının  acılarıyla sənət yolunun başlanğıcında verdiyi itkilərin üst-üstə düşməyi varmış.
Diktor olduğu zamanlar bir yerdə işlədiyi korifeylərin simasını xatırlamaq qədər gözəl bir şeyin olmadığının da fərqindədir.
Tamara xanım söhbətində ekran həyatından uzaqlaşmasını aldığı təhsillə bağlı olduğunu deyirdi.
İndi nəvələri  ekrandakı Gülnazı seyr etdikcə nənələrinə qarşı olan sevgiləri birə beş qat artır.
Derlər, 
Unudulmuş oxucu, 
Biz mavi ekrandan Gülsümü, bir zamankı Gülsümü hələ çox seyr edəcəyik. Onun üzündə aşıb daşan şaqraq gülüşləri ekranın göylərində şimşək kimi çaxsa da, o ani işığın ucunda dağ başlarındakı qarların bəyazlığı yaman görünür-dü. Sən demə dağların başındakı o bəyaz qarlar bəlkə də elə o ani şimşək işığında görünmək üçün vardı. 
Mən o dağın başındakı bəyaz qardan bir ovuc alıb da ürəyimin başına qoymaq istərəm. 
O qar şimşək işığında gözəl görünür, qafil!
 
Xanəmir Telmanoğlu







Redaktorun seçimi