Quranın üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub - FOTOLAR

Hit: 867
Quranın üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub - FOTOLAR
Bölgələrdə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 6-cı Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub.

Bu barədə Faktor.az-a Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov məlumat verib.
 
Keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən ümumumilikdə 110 şagird 2 və 30 cüzlərdən hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıblar.
Tbilisidə “Əhli-beyt” məscidində keçirilən yarış məscidin axundu Hacı Rahid Kərimovun Quran tilavəti ilə açıq elan edilib.  Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə şagirdləri təbrik edib, onlara uğurlar diləyib, Qurani-Kərimin təlim və tədrisi sahəsində zəhmət çəkən ustadlarına da təşəkkür edib. O, müqəddəs kəlamı öyrənən şagirdlərin hər birinin Allah yanında qalib hesab olduğunu söyləyib.
 
Quran oxumağın əhəmiyyəti və dəyərləri haqqında danışıb. Sonra müsaqbiqə haqqında məlumat verərək yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlərin (qaliblərin) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərman və mükafatlar ilə qiymətləndiriləcəyini bildirib. Yarışda iştirak edən bütün şagirdlərə iştirak etdikərinə dair təqdirnamə təqdim edib. O yarışın təşkilində zəhəməti keçənlərə, hakimlərə və müəllimlərinə Allahdan əcr və mükafat diləyib.
1
1
1
1
1
1
1







Redaktorun seçimi