Türkiyəli professorlar AzTU-ya səfər edib

Hit: 493
Türkiyəli professorlar AzTU-ya səfər edib
Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar Mərkəzinin rəhbəri, professor Metin Salamçı Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.
 
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. 
 
Görüş zamanı universitet-sənaye işbirliyinin inkişafı, birgə layihələrin həyata keçirilməsi məqsədilə müvafiq sahələr üzrə elmi-tədqiqatların aparılması müzakirə olunub. Qonaqlar elmtutumlu texnologiyaların inkişafı məqsədilə AzTU-nun imkanlarının artırılması üçün lazımi fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.  







Redaktorun seçimi