Neftçalanın icra başçısı qazilərin problemlərini dinləyib - FOTOLAR

Hit: 1511
Neftçalanın icra başçısı qazilərin problemlərini dinləyib - FOTOLAR
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Neftçala rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların çətinliklərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Görüşdə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri və qazilər iştirak edib.
 
Rayon İcra Hakimiyyətindən başçısı bir qrup qazilərlə görüşüb və görüş zamanı 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərindən, Vətən müharibəsində Neftçalanın igid oğullarının qəhrəmanlıqlarından söhbət açan RİH-nin başçısı şəhid ailələrinə, qazilərə hər zaman dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb.
RİH-nin başçısı bildirib ki, qazilərin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdiriləcək, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilatlara rəsmi müraciət olunacaq.
 
Qazilər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırıblar.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi