Nahid Bağırov növbəti səyyar görüşünü Sumağallı kəndinin sakinləri ilə keçirib

Hit: 594
Nahid Bağırov növbəti səyyar görüşünü Sumağallı kəndinin sakinləri ilə keçirib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sakinlərlə səyyar görüşləri davam etdirir. Sumağallı kəndində keçirilən görüşdə hüquq-mühafizə orqanlarının, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.
Rayon rəhbəri vətəndaşların müraciətləri, istək və təkliflərini dinləyib, sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.
 
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 







Redaktorun seçimi