“Gənc müəllimlərin debat çempionatı”

Hit: 643
“Gənc müəllimlərin debat çempionatı”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən “Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsi çərçivəsində müəllimlərin "Debatda Hakimlik", "Karl Popper Debatları", "Milli debat proqramı", "Debat fəlsəfəsi və metodologiyası", "Debatın tarixi" mövzularında keçdikləri təlimlər yekunlaşdı.
 
Növbəti mərhələdə məktəbdaxili təlimlər olacaq. Bu prosesdə müəllimlər təlimdə öyrəndikləri mövzuları məktəbdə təcrübədən keçirəcək və əldə olunan nəticəni həmkarları ilə bölüşəcəklər.
 
Layihədə iştirak edən müəllimlərə uğurlar diləyirik!
 
Qeyd edək ki, layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında  21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdim və natiqlik bacarığının inkişaf etdirilməsidir.







Redaktorun seçimi