Neftçalada gənclərlə görüş keçirilib

Hit: 746
Neftçalada gənclərlə görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Rayon İcra Hakimiyyətinin strukturunda könüllülük fəaliyyətini başa vuran gənclərlə görüşüb.
 
RİH-nin başçısı gənclərlə görüşündə Prezident İlham Əliyevin yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könüllülük fəaliyyətinin geniş yayıldığını, könüllülərin öz bacarıqları və fərdi keyfiyyətləri ilə cəmiyyətimizə böyük töhfələr verdiklərini qeyd edib. RİH başçısı gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində könüllük fəaliyyətinin müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı.
 
Könüllü fəaliyyətini başa vuran gənclər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, rayon rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində qazandıqları təcrübələrdən faydalanacaqlarını bildirdilər.
 
Məlumat üçün bildiririk ki, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Neftçala RİH öz strukturunda könüllülük fəaliyyətinə start verilməsi haqqında RİH-nin internet səhifəsi vasitəsilə elan verib. Bununla əlaqədar olaraq rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən 4 nəfər gənc 01.07.2022-ci il tarixindən RİH-nin aidiyyəti şöbələrində könüllü olaraq fəaliyyətə başlayıb və onlar bu təlimi 31.08.2022-ci il tarixində uğurla başa vurublar.
 
Görüşün sonunda RİH başçısı tərəfindən könüllük fəaliyyətini uğurla tamamlayan gənclərin hər birinə sertifikatlar təqdim edildi və gənclərlə xatirə şəkili çəkilib.







Redaktorun seçimi