Millət vəkili Hacı Şahinə təşəkkür etdi

Hit: 2764
Millət vəkili Hacı Şahinə təşəkkür etdi
Tanınmış din xadimi, ilahiyyatçı-alim, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri  Hacı Şahin Həsənlinin müəllifi  olduğu 3 kitabını - “Haradan başlamalı”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” adlı kitablarını mənə bağışlamasından  böyük məmnunluq hissi keçirdim. 
 
İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirən Hacı Şahin, böyük hörmət bəslədiyim şəxslərdən biridir. Həyata pozitivliyi ilə seçilən Hacı Şahin İslam dinini o qədər gözəl təqdim edir ki, onu dinləyərkən məsuliyyəti ilə insanları həyəcanlandıran dinimizə başqa bir gözlə baxa bilir, İslam dininin bütün gözəlliklərini görmüş oluruq. 
 
Müəllifin qələmə aldığı “Haradan başlamalı” kitabında da dini görüşlərdən deyil, məhz insanın praktiki həyatından bəhs edilir. Xoşbəxtliyə çatmağın yolları, üzləşdiyimiz mənəvi problemlərə toxunulur, əxlaqi göstərişlərdən yorulan müasir insana həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edilir. 
 
Zaman ayırıb “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarını da oxuyacağam.
 
Hacı Şahinə isə dərin təşəkkürlərimi bildirirəm.

Millət vəkili Jalə Əhmədova








Redaktorun seçimi