“AS Group Investment” şirkətlər qrupu qazi Amin Musayevə mənzil hədiyyə etdi - FOTOLAR

Hit: 975
“AS Group Investment” şirkətlər qrupu qazi Amin Musayevə mənzil hədiyyə etdi - FOTOLAR
“AS Group Investment” şirkətlər qrupu 44 günlük Vətən Müharibəsində igidlik göstərən, müharibənin bitməsinə bir gün qalmış Xankəndi ətrafında əsir düşən və bu zaman düşmənə verdiyi cavabla məşhurlaşan qazi Amin Musayevə Novruz bayramı ərəfəsində mənzil hədiyyə edib. 
 
Ötən gün martın 18-də şirkət əməkdaşları Amin Musayev və onun anası Hicran xanıma mənzilin sənədlərini və açarlarını təqdim ediblər. “AS Group Investment” şirkətinin qazi Amin Musayevə hədiyyə etdiyi mənzil şirkətlər birliyinə daxil olan “AS Tikinti” MMC tərəfindən inşa edilən  Göl-Park Yaşayış Kompleksində yerləşir.
 
Müharibədə aldığı yara səbəbindən uzun müddətli reabilitasiya kursu keçməli olan Amin Bakıda kirayə mənzildə qalırdı. “AS Group Investment” qaziyə dəstək olaraq yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ona tam təmirli mənzil hədiyyə edib.
 
1
1
1
1
1








Redaktorun seçimi