Veysəloğlu Şirkətlər Qrupundan daha bir təqdirə layiq addım
Veysəloğlu Şirkətlər Qrupu Qarabağ uğrunda 2-ci Vətən müharibəsində Nizami rayonundan şəhid olan 9 nəfərin Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzar komlekslərinin hazırlanmasını öz öhdəsinə götürüb.
Qrupun Müşahidə Şurasının sədri Aydın Talıbov başda olmaqla, əməkdaşlar Keşlə Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üstünə gül dəstələri düzülüb.
Ziyarətdə Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.





































































