"Maşın"da gözlənilməz nəticə - İki nəfər şounu tərk etdi

Niyam Salami isə şounun sonunda tamaşaçılardan 54,18 faiz səs toplayaraq oyundan qalib ayrılıb.
Niyam Salami isə qruplaşmanın rəhbəri, Nazim Pişyarini təxribata sürükləyən Aqşin Fatehi şoudan kənarlaşdırdığını bildirdi.
Beləliklə Aqşin Fateh şounu tərk etdi. Bu dəfə də bu ifadə onun üçşün səsləndi. "Maşın əldən getdi. Bununla da bu gün şounu iki nəfər tərk etdi.
Xatırladaq ki, Nazim Pişyari əlini çəkərək şounu tərk edib.
23:48
Aqşin Fateh şounun gedişatında qalmaqallı açıqlama edib. Onun sözlərinə görə, Niyam Səlami səs toplayıb, oyunda qalsa, elə bir açıqlama verəcək ki burada üç iştirakçı oyundan çıxacaq.
Şounun sonuna az qalmış Aqşinin proqnozları qismən özünü doğruldub. Belə ki, hədəflərdən biri olan Nazim Pişyari əlini çəkərək oyunu tərk edib.
22:33
Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin üçüncü gecəsi start götürüb.
BAKU.WS-in məlumatına görə, iştirakçılar bu dəfə müğənni Niyam Salamini SMS səsverməsinə çıxarıblar.
Niyam Salami konkret hədəfini açılamasa da iki nəfərdən biri ilə mübarizə apardığınıl bildiribş
"Hər şey Aqşinin planı ilə gedirdi. Amma o plan artıq dağıldı. Dostum Kərim Abbasovu səs-küylə yola saldılar. Bu isə mənə çox pis təsir etdi. Hədəfim isə Aqşin Fateh ilə Nazim Pişyaridir. İki nəfərin arasında qalmışam. Digər iştirakçılar isə kef etsinlər", - deyə müğənni əlavə edib.


